Xaçmaz şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə hazırlıq işlərinə başlanılıb.
Shimal.News xəbər verir ki, bayramın qeyd olunması və şəhərdə xüsusi bayram ab-havasının yaradılması məqsədilə küçə və prospektlərdə bəzək işləri görülür.
Hazırlıq çərçivəsində inzibati və yaşayış binalarının fasadlarından Azərbaycan Respublikasının Dövlət Bayraqları asılır.