Balakənin keçmiş icra başçısı İslam Rzayevin qızı yenidən hakimi vəzifəsində çalışacaq.
Prezident İlham Əliyevin birinci instansiya məhkəmələrinin hakimlərinin təyin edilməsi ilə bağlı imzaladığı sərəncamda Fəridə İslam qızı Rzayevanın Suraxanı Rayon Məhkəməsinin hakimi təyin edilməsi əksini tapıb.
Qeyd edək ki, sabiq icra başçısı İslam Rzayev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onun barəsində cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq tədbirlərinin davam etdiyi bildirilir.
Mənbə: Gununsesi.info