İsmayıllı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Noyabrın 3-ü saat 19:00 radələrində Muğanlı-İsmayıllı yolunun rayonun Tircan kəndindən keçən hissəsində İlqar Əliyevin idarə etdiyi "Hyundai" markalı avtomobil yolu keçən 56 yaşlı Oruc Səfərovu vurub.
Oruc Səfərov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Report.аz