Şimal rayonlarında sentyabrın 6-na gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata əsasən, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusarda bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında dağlıq ərazilərdə duman olacaq.
Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19° isti, gündüz 27-32° isti, dağlıq ərazilərdə gecə 10-15° isti, gündüz 20-25° isti təşkil edəcək.