Qubada saat 11:00 radələrində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 27 yanvar tarixində məlumat verir.
Qəza H.Əliyev prospektindəki piyada keçidinin qarşısında baş verib. “Opel” markalı avtomobil eyni istiqamətdə hərəkət edən “Hyundai”ya arxadan çarpılıb. Xəsarət alan olmayıb.
Bildirilib ki, hadisə qarşıdakı avtomobilin piyadaya yol verdiyi vaxt olub.
Əraziyə polis əməkdaşları cəlb olunublar.