Sürücülər səhər saatlarında Quba rayonu ərazisində yolun çox sürüşkən olduğunu bildiriblər. Bu haqda ShimalNews 30 yanvar tarixində xəbər verir.
Məlumata görə, Quba-Xaçmaz yolunun Quba şəhərindən Zərdabi qəsəbəsinə kimi hissəsi buz bağlayıb. Nəticədə hərəkət sürəti 20-30 km/saat qədər enib.