Uzun illər Qaxda odun kürəsində pizza bişirən aşbaz turistlərə fərqli xidmət göstərmək üçün səyyar mətbəx yaradıb.
Shimal.News xəbər verir ki, Ramazan Ramazanlı altı ay ərzində hazırladığı qurğu ilə odun kürəsini, soyuducuları və digər mətbəx avadanlıqlarını bir avtomobildə birləşdirib.
O, yük avtomobilini xüsusi platforma və istilik izolyasiyası ilə təchiz edərək üzərində daşına bilən pizza kürəsi quraşdırıb. Mətbəxdə ərzaqların saxlanılması üçün xüsusi soyuducu və generator da yerləşdirilib.
Ramazan Ramazanlının sözlərinə görə, məqsədi Qaxın təbiətini və yerli mətbəxini bir araya gətirmək, turistlərə yemək təcrübəsini olduqları məkanda təqdim etməkdir. Avtomobilin konstruksiyasında hərəkət zamanı təhlükəsizliyi təmin etmək üçün dəyişikliklər edilib. Kürə isə xüsusi konstruksiya üzərində qurulub.
Ətraflı Xəzər TV-nin videosunda: