Quba rayonunda 28 yaşlı kişi suvarma kanalına düşüb.
Shimal.News-un məlumatına görə, hadisə Quba şəhəri yaxınlığında, Qudyalçay ətrafında baş verib.
Belə ki, 1998-ci il təvəllüdlü Xəyal Hidayət oğlu Muradov yük avtomobilini saxlayaraq əlini yumaq istəyib. Bu zaman o, suvarma kanalına yıxılıb. Güclü su axını onu aparıb.
Qeyd edək ki, həmin suvarma kanalı Quba rayonu ərazisindən keçərək Samur-Abşeron kanalına birləşir.
Ailə üzvləri Xəyal Muradovun tapılması üçün kanalda suyun kəsilməsini istəyirlər.
Hazırda itkin düşən şəxsin axtarışları davam etdirilir.