Xaçmaz sakini 20 yaşlı Ariz Ağayarov bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Sumqayit24.az-ın məlumatına görə, Sumqayıt şəhərinin 10-cu mikrorayonda, tikinti ərazisində torpaq sürüşməsi qeydə alınıb.
Burada fəhlə işləyən Ariz Ağayarov torpağın altında qalaraq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.