Xaçmazda gəmi istifadəçilərinə təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirici tədbir keçirilib. Bu barədə ShimalNews 1 fevral tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
“Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən tədbir Tikanoba kəndində baş tutub. FHN-in əməkdaşları iştirakçılara gəmilərin təchizat avadanlıqları barədə məlumat veriblər. Eyni zamanda kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrlə bağlı da maarifləndiriliblər.
Sonda iştirakçılara təhlükəsiz istismar qaydaları haqqında broşürlər paylanılıb.