Xudat şəhər 4 nömrəli texniki fənlər təmayüllü məktəb-liseydə təhsil alan Elmar Nağıyevlə görüş keçirilib. Bu haqda ShimalNews 2 aprel tarixində məlumat verir.
Tədbir 2 Aprel - Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar təşkil olunub. Tədbirdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, məktəbin psixoloqu, şagird və onun valideyni iştirak ediblər.
Elmarın yüksək İKT bacarıqlarına, kompüterlərə Windows əməliyyat sisteminin, digər tətbiqi proqramların yazılması, sazlanması və idarə olunması sahəsində xüsusi bacarıqlara malik olması öyrənilib.
Görüşün əsas məqsədi Elmarın xüsusi istedadının üzə çıxarılması, sosiallığının artırılması, təhsili üzrə lazımi dəstəyin göstərilməsi olmuşdur.