Quba-Xaçmaz iqtisadi regionunun gəncləri musiqi festivalında iştirak ediblər. Bu barədə ShimalNews 30 yanvar tarixində məlumat verir.
Tədbir Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Dövlət Pedaqoji Universitetinin Quba filialında keçirilib. 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təşkil olunan “İstedadlar sorağında” adlı musiqi festivalının qalibləri müxtəlif nominasiyalar üzrə diplom və medallarla təltif olunublar.