Şimal bölgəsinin bəzi yerlərində havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bu barədə ShimalNews 26 yanvar tarixində xəbər verir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, İsmayıllı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək.
Yolların buz bağlama ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq.