Quba şəhərinin girişində, ASAN xidmət və Rayon İcra Hakimiyyətinin birbaşa qarşısında yerləşən, uzun müddətdir sahibsiz və baxımsız vəziyyətdə qalan bina ilə bağlı nəhayət tədbir görülüb. Shimal.News-un məsələni ictimailəşdirməsindən və ərazidəki təhlükələrə diqqət çəkməsindən sonra aidiyyəti qurumlar hərəkətə keçib.
Əvvəllər həyətini kol-kos basan, məişət tullantıları ilə dolan və yanğın təhlükəsi ilə üz-üzə qalan bina ətrafında təmizlik işləri aparılıb. Artıq ərazi zibildən təmizlənib, kolluqlar biçilib və ümumi görünüş nisbətən bərpa olunub.
Sakinlər bildirirlər ki, illərdir bu vəziyyətlə üzləşsələr də, ilk dəfədir ki, konkret tədbir görülür. Onlar media qurumunun — xüsusilə Shimal.News-un bu cür problemləri gündəmə gətirməsini yüksək qiymətləndirərək bildirirlər ki, ictimai təzyiq və medianın gücü sayəsində nəticə əldə olunub.