top
Şabranlı gənc nadir incəsənət növü ilə məşğuldur - FOTO
07 mart 2025, 17:36
- ↺ +

Şabranlı gənc nadir incəsənət növü ilə məşğuldur - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Çəkic, mismar, taxta, rəngli məftillər və saplar... Bu materialların adları sadalananda ağıla ilk olaraq inşaat işləri gəlsə də, biz incəsənətin bir növündən danışacağıq.

Azertag.az-ın məlumatına görə, Şabran sakini Dəyanət Orucov 3 ildən çoxdur filoqrafiya ilə məşğuldur. Gənc filoqraf sadalanan materiallardan istifadə edərək bir-birindən maraqlı əl işləri, lövhə üzərində təsvirlər hazırlayır.

İncəsənətin çox nadir hesab edilən bu növü Mərkəzi Asiyada yaranıb. Filoqrafiya əvvəllər çox sadə şəkildə işlənib. Taxta üzərində hər hansı bir fiqurun görüntüsü mismarla həkk olunub, sonra onlar sapla toxunub. Müasir dövrdə isə filoqrafların əl işləri daha mürəkkəb və rəngarəngdir.

“Filoqrafiya barədə əvvəlcə sosial şəbəkələrdən məlumat almışam. Bu sənət Türkiyədə çox yayılıb. Amma son illər unudulmaqdadır. Məşğul olan azdır. Diqqət və səbir tələb edən işdir. Bir şəkli, naxışı məftil və ya saplarla təsvir etmək üçün bəzən aylarla vaxt sərf edirəm. Təsvirin dəqiq alınması üçün lövhə üzərinə mismarları çox dəqiqliklə sancmaq lazımdır. Rəssamlığa marağım olsa da, xəyali şəkillər çəkə bilmirəm. Amma baxaraq istənilən təsviri yaradıram. Filoqrafiyada da elədir ki, hazır rəsmlərin üzərində işləməlisən. Bu vaxta kimi 50-yə yaxın əl işi hazırlamışam. Onların arasında dörd şəhidimizin portreti də var”, - deyə Dəyanət Orucov söyləyib.

İngilis dilində "xətt yazısı" mənasını verən bu incəsənət növü ilə şimal bölgəsində Dəyanətdən başqa məşğul olan yoxdur. Filoqrafiya inşaat materialları satılan mağazada satıcı işləyən bu istedadlı gəncin hobbisidir.

“İstifadə etdiyim paslanmayan yüngül çəkicləri, rəngli məftilləri, mismarları və ipləri Türkiyədən onlayn sifarişlə alıram. Təsvirləri həm iplə, həm də məftillə işləmək olur. Mən daha çox paslanmayan rəngli məftilə üstünlük verirəm. Portretləri isə saplarla işləyirəm. Hazırladığım əl işləri içərində şəhidlərimizin portretləri, həmçinin vətənpərvərlik mövzusunda təsvirlər, eləcə də təbiət mənzərələri var. Filoqrafiyaya hobbi kimi yanaşıram və bu işdən gəlir əldə etmirəm”, - deyə Dəyanət Orucov əlavə edib.

İstedadlı gəncin sözlərinə görə, filoqrafiyaya maraq göstərən ilk illərdə çətinliklərlə üzləşib. Bəzən bir mismarın yeri səhv olanda aylarla çəkdiyi əziyyət nəticə verməyib. Dəqiq təsvir üçün əvvəlcə mismarları taxtaya nizamla və səliqəli vurmaq, sonra isə aralarını rənğli məftillə hörmək lazımdır. Dəyanət bildirib ki, yeni öyrənən vaxtalarda çəkiclə barmaqlarını çox əzib. Amma indi püxtələşib və gördüyü işdən də böyük zövq alır.

Dəyanət Orucov bu günə kimi bir sıra sərgilərin iştirakçısı olub. Onun əl işlərinin bir qismi hazırda Şabran Tarix-Diyarşünaslı Muzeyində sərgilənir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər