top
Şabranın “ekoloji fəhlələri” – inəklər zibilləri təmizləyir?
07 mart 2025, 11:50
- ↺ +

Şabranın “ekoloji fəhlələri” – inəklər zibilləri təmizləyir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şabran şəhərinin düz mərkəzində qəribə mənzərə yaşanır. Məişət tullantıları vaxtında daşınmadığı üçün şəhərin yeni “sanitariya xidməti” ortaya çıxıb – inəklər. Hər gün bu heyvanlar mərkəzi küçələrdə zibilliyə yaxınlaşaraq plastik torbalar arasından yeməli bir şeylər axtarırlar.

Bu vəziyyət bir neçə sual doğurur. Görəsən, şəhər rəhbərliyi bu mənzərədən xəbərdardırmı? Əgər belə davam edərsə, bəlkə də Şabranın girişində yeni bir lövhə quraşdırmaq lazım gələcək: “Şəhərimizin təmizliyi inəklərin öhdəsindədir!”

Əslində, bu, sadəcə bir şəhər estetikasının pozulması məsələsi deyil. Tullantıların vaxtında daşınmaması ekoloji problemlərə yol açır, antisanitariyaya səbəb olur və nəticədə insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Digər tərəfdən, inəklərin plastik torbalar və digər zərərli maddələri yeməsi onların sağlamlığı üçün ölümcül ola bilər.

Maraqlıdır, aidiyyəti qurumlar bu mənzərəni görmür, yoxsa görməzliyə vururlar özlərini? Şabranın təmizliyinə cavabdeh olanlar vətəndaşlardan şikayət eşidəndə “yol tapılacaq” deyib, sonra unudurlarmı? Bəlkə də yeni bir ideya irəli sürmək lazımdır: tullantılar vaxtında daşınmayacaqsa, heç olmasa, inəklərə xüsusi “işçi geyimi” tikilsin ki, şəhər sakinləri onların fədakarlığını daha yaxşı görə bilsinlər!

Təəssüf ki, reallıq acıdır: Şabranın küçələri tədricən zibilliyə çevrilir, heyvanlar isə bu zibilliklərdən qidalanmağa məcbur olur. Bu vəziyyət nə vətəndaşlara, nə də inəklərə yaraşır. Ümid edək ki, aidiyyəti qurumlar tezliklə hərəkətə keçəcək və şəhərin təmizliyi inəklərə həvalə olunmayacaq.

Məhəmməd Tağı


Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər