top
Şabranda sel fəlakəti: Sakinlər kömək istəyir, aidiyyəti qurumlar susur
18 aprel 2025, 17:08
- ↺ +

Şabranda sel fəlakəti: Sakinlər kömək istəyir, aidiyyəti qurumlar susur

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Aprelin 16-da güclü leysan nəticəsində Şabran rayonunda sel fəlakəti baş verib. Hadisə nəticəsində bir neçə evə və təsərrüfata ciddi ziyan dəyib. Sakinlər vəziyyətin təhlükəli olduğunu bildirərək aidiyyəti qurumlara müraciət ediblər.

Şabran sakinlərinin Shimal.News-a verdiyi məlumata görə, çayın məcrası dəyişməsə də, yağıntının davam edəcəyi proqnozlaşdırılır. Xüsusilə aprelin 25-də gözlənilən intensiv yağışlar güclü daşqınlara və bu dəfə daha çox evin su altında qalmasına səbəb ola bilər.

Vəziyyətin ağırlığı təkcə su basqınları ilə bitmir. Hal-hazırda bölgədə yol problemi də yaşanır. Bəzi sakinlər evlərinə getmək üçün qonşularının damına çıxaraq birtəhər öz evlərinin damına keçmək, mənzilinə çatmaq məcburiyyətində qalırlar. Bu da həm təhlükəli, həm də sosial baxımdan çətin bir vəziyyətdir.

Sakinlərin sözlərinə görə, sovet dövründə avtovağzal tərəfdən çayın kənarı betonlanmışdı və həmin betonlar su axınının qarşısını alırdı. Lakin sonradan bu betonlar müxtəlif məqsədlərlə sökülüb aparılıb. Nəticədə çayın kənarının möhkəmləndirilməsi işi yarımçıq qalıb. Hazırda sel zamanı çay asanlıqla daşır və ətraf yaşayış məntəqələrinə təhlükə yaradır.

Məsələ ilə bağlı danışan Şabran sakini qeyd edir:

"Çayın kənarı betonlanmadığı üçün hər dəfə yağış yağanda qorxu və təlaşa qapılırıq. Uşaqlarımız, evlərimiz, mal-qaramız təhlükə altındadır. Xahiş edirik, bu məsələni işıqlandırın, aidiyyəti qurumlar nəhayət addım atsın".

Hazırda sakinlərin ümidləri media və ictimai dəstəyədir. Sual isə açıq qalır: Görəsən, məsul qurumlar bu dəfə vətəndaşın səsinə səs verəcək?


Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər