top
Şabranda müəmma - Məcidova bacıları ilə ferma sahibinin itkin düşməsi arasında əlaqə var? – FOTO
06 fevral 2025, 10:26
- ↺ +

Şabranda müəmma - Məcidova bacıları ilə ferma sahibinin itkin düşməsi arasında əlaqə var? – FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şabran rayon sakini Ənvər Gülməmməd oğlu Müslümovun itkin düşməsindən 2 ilə yaxın vaxt keçir. Rayonun Qələgah kəndinin sakini olan 1958-ci il təvəllüdlü Ənvər Müslümov 2023-cü il mayın 21-i səhər saat 4 radələrində yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Musavat.сom-un məlumatına görə, ferma sahibi olan Ənvər Müslümov həmin gün sübh tezdən yaşadığı evdən onu çağıran şəxslə birgə özünün idarə etdiyi “Mercedes”lə naməlum istiqamətə gedib. Bundan sonra Ənvər Müslümovu gördüm deyən olmayıb. Ailə üzvləri onu xeyli axtarandan sonra kənd ərazisində avtomobilini aşkar ediblər.

Şabranda müəmma - Məcidova bacıları ilə ferma sahibinin itkin düşməsi arasında əlaqə var? – FOTO
O zaman Ənvər Müslümovun oğlu mətbuata atasının itkin düşməsi ilə bağlı bunları demişdi:

“Maşın kəndin giriş hissəsində, yolun kənarında qapıları açıq və işıqları yanılı halda tapıldı. Telefonuna zənglər çatmır. Polisə və aidiyyəti qurumlara müraciət edilib. Atamın heç kimlə ədavəti və problemi olmayıb, ona görə də baş verənlər bizdə şok effekti yaradıb. Bir oğul və vətəndaş kimi aidiyyəti qurumlardan bizə kömək etməklərini xahiş edirəm”.

Maraqlıdır ki, Ənvər Müslümovun müəmmalı şəkildə itkin düşməsindən illər əvvəl onun yaşadığı kəndin qonşuluğundakı Dağbilici kəndində də oxşar müəmmalı hadisə baş verib. O zaman 14 yaşlı Nailə və 7 yaşlı Reyhanə Məcidova bacıları itkin düşüblər.

2007-ci ildə ölkə gündəmini silkələyən bu tükürpərdici olayla bağlı bu gün də ziddiyyətli məlumatlar var. Ortada olan məlumatlardan bilinən odur ki, bacılar 2007-ci ilin avqustunda yaşadıqları kəndin ərazisində itkin düşüblər. Bundan sonra, həmin il avqustun 9-da Samur-Abşeron kanalında meyit tapılıb.

Şabranda müəmma - Məcidova bacıları ilə ferma sahibinin itkin düşməsi arasında əlaqə var? – FOTO

İstintaq belə qənaətə gəlib ki, aşkarlanan Nailə Məcidovanın meyitidir. Lakin Məcidovaların atası Zamir Məcidov aşkar olunan meyitin onun qızı olmadığını iddia edib.

Sitat:

“Yazıblar ki, guya Nailənin meyiti tapılanda barmağında üzük olub. Amma həmin meyit çıxarılanda atam orada olub, deyir ki, onun əlində üzük yox idi. Meyitin boyu və çəkisi Nailəyə uyğun gəlmir. Dedilər ki, suda qalıb, şişib və meyit uzanıb. Biz də deyirik ki, şişibsə, dediyiniz üzüyü barmağından necə çıxarmısınız? Deyirlər ki, barmağını kəsib çıxarmışıq. Amma meyit basdırılanda da, ekshumasiya olunanda da gördük ki, barmaq kəsilməyib. O meyit tapılanda tanınmaya təqdim olunmadı, fikrimiz soruşulmadı”.

Məcidovlar ailəsi həmin meyitin Nailəyə məxsus olduğuna inanmır. O ki qaldı 7 yaşlı Reyhanəyə, indiyədək onun nə ölüsündən, nə də dirisindən xəbər var.

Şabranda isə bu işlər arasında əlaqənin olmasına inananlar az deyil. Rayon sakinlərində belə bir fikir var ki, Ənvər Müslümov Məcidova bacılarının itkin düşməsi ilə bağlı hansısa məlumatlara, bilgilərə sahib olub. Müəmmalı şəkildə itkin düşməsi də bununla əlaqəlidir.

Hər halda bu versiyanın yoxlanması zərurəti ortadadır. Şabran dağlarında yerləşən kəndlərdən insanların izsiz-tozsuz itməsinin bu istiqamətdə araşdırılması müəyyən ipuclarını ortaya çıxara bilər.

Xatırladaq ki, Məcidova bacılarının oğurlanması epizodu Təvəkkül, Elnur, Elçin İsmayılov qardaşlarının cinayət işində vardı. İsmayılovların cinayət işi üzrə 11 zərərçəkmiş şəxs müəyyən edilsə də, Məcidova bacılarının valideynləri məhkəməyə gəlmirdilər. İttiham aktına əsasən, İsmayılov qardaşları Məcidova bacılarından başqa digər qızları da zorlayaraq qətlə yetiriblər.

Yada salaq ki, Elnur İsmayılov ilə qardaşları Təvəkkül və Elçinə 2009-cu ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hökm oxunub. Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə təqsirli bilinən Təvəkkül İsmayılov qəsdən adam öldürmə, zorlama, adam oğurluğu və digər maddələrlə təqsirli bilinərək ömürlük, Elnur İsmayılov 144.3 (adam oğurluğu), 29, 149.3.3 (zorlama), 178.2.4 (dələduzluq) maddələri ilə bəraət alaraq, 221.2.1 (xuliqanlıq) maddəsi ilə 6 il həbs cəzası, Elçin İsmayılov isə 149.2.3 (zorlama), 221.2.1 (xuliqanlıq) maddələri ilə bəraət alaraq 221.2.2 (xuliqanlıq) maddəsi ilə 4 il azadlıqdan məhrum edilmişdilər. (musavat.сom)

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər