Quba rayonunun 1-ci Nügədi və Qaraçay kəndlərində qaz xətlərində aşkar edilmiş sızmaların tam aradan qaldırılması məqsədilə qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Shimal.News xəbər verir ki, sbaah saat 10:00-dan etibarən, işlər başa çatanadək qaz verilişi dayandırılacaq.
Təmir işləri müddətində 36 kəndi əhatə edən 13 691 abonent qazsız qalacaq.
Abunəçilərdən bu dövr ərzində anlayışlı olmaları və ehtiyat tədbirləri görmələri xahiş olunur.