top
Qəbələ Qış Nağılı Musiqi Festivalına hazırlaşır
13 yanvar 2026, 15:30
- ↺ +

Qəbələ "Qış Nağılı" Musiqi Festivalına hazırlaşır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fevralın 5-8-də Qəbələdə Beynəlxalq "Qış Nağılı" Musiqi Festivalı keçiriləcək.

Shimal.News xəbər verir ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və "Gilan" şirkətinin dəstəyi ilə ikinci dəfə reallaşan layihə 2009-cu ildən təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalının davamı kimi sənətsevərləri bir araya gətirəcək.

Festival çərçivəsində Qəbələnin Heydər Əliyev Konqres Mərkəzində zəngin və rəngarəng musiqi proqramı təqdim olunacaq. Proqrama Qara Qarayevin xatirəsinə həsr edilmiş konsert, vokal və kamera instrumental musiqi axşamları, flamenko–caz musiqi gecəsi, həmçinin solo çıxışlar daxildir.

Tamaşaçılar Azərbaycan və dünya bəstəkarlarının sevilən əsərlərini dinləmək imkanı əldə edəcəklər.

Festivalda Azərbaycan Respublikasının Xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Əməkdar artistlər Afaq Abbasova, Əyyub Quliyev, Emil Əfrasiyab, eləcə də respublika və beynəlxalq müsabiqələr laureatları Aysun Mahmudova, Azər-Rza, Aytac Şıxəlizadə, Həsən Bilalov, İbrahim Babayev, Mahir Tağızadə, Nicat Aslanov və Ruslan Hüseynov çıxış edəcəklər.

Musiqi kollektivləri sırasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, Azərbaycan Dövlət Simli Kvarteti yer alır. Festivalın xüsusi qonaqları isə İspaniyadan olan tanınmış musiqiçilər — Cristina Cazorla, Javier Moreno və Andrés Barrios olacaq.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər