Quba şəhərində yanğın baş verib. Bu haqda ShimalNews 30 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Ümumi sahəsi 20 kv.m olan tikilinin yanar konstruksiyaları yanıb. Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib. Yaxınlıqdakı tikililər və ağaclar yanğından mühafizə olunub. Alov söndürülüb.