top
Elm sevgisi uğur gətirir — Respublika Fənn Müsabiqəsinin qalibi Əli Məmmədzadə ilə MÜSAHİBƏ
25 iyun 2025, 17:27
- ↺ +

"Elm sevgisi uğur gətirir" — Respublika Fənn Müsabiqəsinin qalibi Əli Məmmədzadə ilə MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın intellektual gələcəyi üçün ümidverici gənclərdən biri – Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Əli Rəhman oğlu Məmmədzadə bu il Respublika Fənn Müsabiqəsində informatika fənni üzrə 100 bal toplayaraq həm Qızıl medal, həm də "birincilərin birincisi" adına layiq görülüb. Kiçik yaşlarından texnologiyalara marağı ilə seçilən Əli bu uğuru ilə təkcə rayonunu deyil, ölkəmizi də sevindirib.

– Əli, ilk olaraq səni bu böyük uğurun münasibətilə təbrik edirik. Bu nəticə sənin üçün nə deməkdir?

– Çox sağ olun. Mənim üçün bu nəticə illərlə gördüyüm zəhmətin bəhrəsidir. Ən yüksək nəticəni göstərmək və "birincilərin birincisi" adını almaq mənə həm motivasiya, həm də daha böyük məsuliyyət verdi.

– İnformatikaya marağın nə vaxtdan başladı?

– Mən balaca olanda anam mənə bir kompüter almışdı. İlk vaxtlar sadəcə maraqla oyunlar oynayırdım. Sonra proqramlaşdırma, kodlaşdırma haqqında videolara baxmağa başladım. Getdikcə bu sahəyə sevgim artdı və bu gün də informatika mənim ən sevdiyim fəndir.

– Hazırda hansı proqramlaşdırma dillərini bilirsən və nə üzərində işləyirsən?

– Hal-hazırda Python və Scratch ilə işləyirəm. Bəzən HTML və JavaScript-ə də baxıram. Kiçik oyunlar və sadə proqramlar yazıram. Hədəfim informasiya təhlükəsizliyi sahəsində peşəkar olmaqdır.

– Sənə lisey və gimnaziyalara imtahansız qəbul haqqı verilib. Amma sən doğma məktəbində qalmaq istəyirsən. Bu qərarın səbəbi nədir?

– Məncə insanı böyüdən ilk növbədə onun məktəbi və müəllimləridir. Mən buradakı mühitə çox öyrəşmişəm, müəllimlərimə və sinif yoldaşlarıma bağlıyam. Uğurlarımda onların böyük rolu var və ona görə də təhsilimi doğma məktəbimdə davam etdirmək istəyirəm.

– Respublika Fənn Müsabiqəsi ilə yanaşı beynəlxalq səviyyəli yarışmalarda da iştirak etdiyini bilirik. Hansı nəticələr var?

– Bəli, bir neçə beynəlxalq olimpiadada iştirak etmişəm, STEAM layihələri üzrə keçirilən müsabiqələrdə medal və fəxri fərmanlar qazanmışam. Bu il "Kod saatı" və Fənn Olimpiadalarında da iştirak etməyi və qalib olmağı qarşıma məqsəd qoymuşam.

– Sonda sənin kimi informatika sahəsinə marağı olan yaşıdlarına nə tövsiyə edərdin?

– Əsas odur ki, insan sevdiyi sahəni tapsın və ona fokuslansın. İnformatika çox geniş və maraqlı sahədir. Əgər marağınız varsa, mütləq davam edin. Öyrənmək heç vaxt tez deyil və heç vaxt gec də deyil.

Əlinin uğur hekayəsi sübut edir ki, istedad, zəhmət və hədəf bir araya gələndə mümkün olmayan heç nə yoxdur. Ona qarşıdakı yarışlarda da uğurlar arzu edirik!

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər