Bəzi şimal rayonlarında fevralın 26-27-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Shimal.News xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Şahdağ, Xızı, Şamaxı və İsmayıllıda şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.