top
Anar Oruclu: “Xaçmazda fəsadların aradan qaldırılması üçün müvafiq addımlar atılacaq”
20 may 2025, 10:07
- ↺ +

Anar Oruclu: “Xaçmazda fəsadların aradan qaldırılması üçün müvafiq addımlar atılacaq”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sel suları Xaçmazın kəndlərinə ziyan vurub, problemin həlli yönündə işlər görülür.

Report.аz-ın məlumatına görə, Qudyalçay üzərindəki körpünün yararsız vəziyyətə düşməsi 10-a yaxın kəndin Xaçmazın rayon mərkəzi ilə əlaqəsini çətinləşdirib. Xaspoladoba kəndində bir neçə yaşayış evi üçün ciddi təhlükə yaranıb.

Evləri qəzalı vəziyyətə düşən kənd sakinlərinin sözlərinə görə, onlar yerli qurumlar tərəfindən çadırlarla təmin olunublar, çıxara bildikləri ev əşyalarını isə qohumlarının evlərinə daşıyıblar.

“Evi artıq təzədən tikməliyik. Sel evin altını, bünövrəsini yuyub aparıb, dam örtüyü də sınıq-sınıq olub. Evin divarları çat verib. İndi qapısı olmayan, kilidi işləməyən çadırda qalırıq. Məktəbli uşaqlarımla soyuq çadırda gecələməli oluruq. Köməyə ehtiyacımız var”, - deyə zərərçəkən Valeh Babayev deyib.

Bundan başqa, Xaspoladoba kəndi ərazisindəki körpünün qəzalı vəziyyətə düşməsi 10-a yaxın kəndin rayon mərkəzi ilə əlaqəsi çətinləşib. Xaspoladoba, Qaracəlli, Gəncəli, Bəbəli, Əzizli, Əhmədoba, Hacıəhmədoba, Hacıqurbanoba kəndlərinin sakinləri rayon mərkəzinə getmək üçün alternativ yollardan istifadə etməli olurlar.

Kənd sakini Sabir Əmrahov bildirib ki, körpüdən istifadənin mümkün olmaması təsərrüfat işlərinə mənfi təsir göstərir:

“Təsərrüfat mövsümüdür, əkin-biçinimiz var. Traktoru, kombaynı sahələrə necə keçirək? Uşaqlarmız məktəbə bu körpüdən keçərək gedirdilər. Bu şəraitdə iki kilometr yolu getməkdən ötrü on beş kilometr məsafə qət etməyə məcbur oluruq”.

Bəhs olunan məsələ ilə bağlı Xaçmaz rayon icra hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Anar Oruclu bildirib ki, problemin aradan qaldırılması istiqamətində işlər aparılır:

“Ümumilikdə rayonun 6 inzibati ərazi vahidliyində 365 hektar kənd təsərrüfatı torpaqlarını sel suları basıb. Eyni zamanda, sel sularından zərər çəkmiş 98 ev və həyətyanı sahələrə də baxış keçirilib. Körpülərə gəldikdə isə hərəkət təhlükəsizlik baxımından müvəqqəti olaraq məhdudlaşdırılıb. Fəsadların aradan qaldırılması üçün müvafiq addımlar atılacaq”.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
06 noyabr 2026, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
06 noyabr 2026, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Cəmiyyət
06 noyabr 2026, 13:47

Bayram günləri üçün Bakı-Qəbələ qatarının qrafiki açıqlandı

İdman
06 noyabr 2026, 13:14

"Zaqatala" 600 manat cərimələndi

Oxşar xəbərlər