top
Alban-Udi icması Ermənistanın diplomatların Qarabağa səfərinə reaksiyasını pislədi
Foto
18 sentyabr 2026, 19:16
- ↺ +

Alban-Udi icması Ermənistanın diplomatların Qarabağa səfərinə reaksiyasını pislədi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Alban-Udi xristian dini icması Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistanın siyasi və ictimai dairələrində verilən reaksiyaları pisləyib.

İcmanın sədri Robert Mobili bununla bağlı bəyanat yayıb.

Bəyanatda diplomatların, o cümlədən Gəncəsər və Xudavəng məbədlərinə səfərinə qarşı Ermənistanda səsləndirilən fikirlərin qəbuledilməz olduğu bildirilib. İcma bu reaksiyaları "revanşist əhvali-ruhiyyəli münasibət" kimi qiymətləndirib.

Bəyanatda Qafqaz Albaniyasının tarixi və dini-mədəni irsi ilə bağlı məsələlərə xüsusi yer verilib. İcma Gəncəsər və Xudavəng məbədlərinin Alban irsi olduğunu bildirərək, bu abidələrin Ermənistan tərəfindən erməni irsi kimi təqdim edilməsinə etiraz edib.

Robert Mobili qeyd edib ki, Alban Apostol Kilsəsi Qafqazın qədim xristian kilsələrindən biri olub və Alban irsi Azərbaycan ərazisində formalaşmış tarixi-mədəni irsin bir hissəsidir.

Bəyanatda 1836-cı ildə Çar Sinodunun qərarı ilə Alban Apostol Kilsəsinin fəaliyyətinə son qoyulmasından sonra onun maddi və mənəvi irsinin bir hissəsinin Erməni-Qriqoryan kilsəsi tərəfindən mənimsənildiyi iddia edilir.

İcma həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşən qədim Alban məbədlərində dini ayinlərin keçirilməsinin mümkün olduğunu vurğulayıb. Bəyanatda Gəncəsər, Ağoğlan, Xudavəng və digər məbədlərin adı çəkilib.

Mobili Azərbaycanın Alban-Udi icmasının Qəbələ və Oğuzda dini ənənələrini yaşatdığını, həmçinin Qarabağdakı qədim Alban məbədlərinə səfərlər etdiyini bildirib.

Bəyanatın sonunda Ermənistan tərəfinə regionda sülh prosesinə mane olan addımlardan və tarixi məsələlərin siyasi qarşıdurma predmetinə çevrilməsindən çəkinmək çağırışı yer alıb.

Qeyd edək ki, sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfər edib, səfər çərçivəsində Gəncəsər və Xudavəng məbədlərini də ziyarət ediblər.


Mənbə: Azərtac

Son xəbərlər

Cəmiyyət
Bu gün, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Bu gün, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Oxşar xəbərlər