top
Hindistan səfiri Şamaxı, Şəki və Qəbələyə səfər etdi
Foto
21 may 2026, 10:10
- ↺ +

Hindistan səfiri Şamaxı, Şəki və Qəbələyə səfər etdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Abhay Kumar Azərbaycanın şimal-qərb bölgələrinə səfər edib.

Shimal.News xəbər verir ki, diplomatın Şamaxı, Şəki və Qəbələni əhatə edən səfəri zamanı tarixi, mədəni və elmi məkanlar ziyarət olunub.

Hindistanın Azərbaycandakı səfirliyinin yaydığı məlumata görə, səfərlər Hindistan və Azərbaycan arasında mövcud olan mədəni yaxınlığı və xalqlar arasında formalaşan əlaqələri bir daha nümayiş etdirib.

Diplomat ilk olaraq Diri Baba türbəsini ziyarət edib. Burada türbənin direktoru Yusif Nazim Ərəbsoy ilə görüş zamanı abidənin tarixi və mənəvi əhəmiyyəti barədə məlumat verilib.

Şəkidə səfir Şəki Tarix-Diyarşünaslıq Muzeyi və Mirzə Fətəli Axundovun Ev-Muzeyi ilə tanış olub. Muzey rəhbərləri Vüqar Mustafayev və Ulduz Xəlilova diplomata Azərbaycanın tarixi və ədəbi irsi barədə məlumat veriblər.

Səfər çərçivəsində ABAD Keramika və Tətbiqi Sənəti Mərkəzi və Şəki Şəbəkə Emalatxanasında yerli sənətkarlarla görüş keçirilib, keramika, xalçaçılıq və şəbəkə sənəti üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

Diplomat həmçinin Şəki Xan Sarayını ziyarət edib. Ona XVIII əsr memarlıq abidəsinin tarixi, şəbəkə pəncərələri və bədii xüsusiyyətləri barədə məlumat təqdim olunub.

Qəbələdə isə səfir Qəbələ Arxeoloji Mərkəzi, Dövlət Tarix-Bədii Qoruğu və qədim Kabalaka şəhər yerində olub. Burada diplomat Qəbələnin 2500 illik tarixi və Qafqaz Albaniyasının paytaxtı kimi rolu ilə bağlı məlumatlandırılıb.

Səfər zamanı iki xalq arasında mədəni bağların güclü olduğu da xüsusi vurğulanıb. Bildirilib ki, Azərbaycanda hind filmlərinə, musiqisinə və rəqslərinə maraq bu gün də davam edir. Yerli sakinlərin Raj Kapoor, Hema Malini, Amitabh Bachchan və Shah Rukh Khan kimi kino ulduzlarını sevgi ilə xatırladıqları qeyd olunub.

Son xəbərlər

Hadisə
Bu gün, 18:35

Şimalda dəm qazı təhlükəsi: Faciələr təkrarlanır, dərs çıxaran varmı?

Cəmiyyət
Bu gün, 00:05

Bu gün Müstəqilliyin Bərpası Günüdür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 22-ci günü: XRONİKA

Hadisə
Dünən, 18:10

Qusarda çaqqalın yaraladığı qadın danışdı: "Günorta vaxtı hücum etdi"

Cəmiyyət
Dünən, 17:30

Qubada günlərdir palçıqlı su gəlir: "Bu suyu heyvanlar belə içməz"

Cəmiyyət
Dünən, 16:30

Qusarda bünövrəsi qoyulan körpünün tikintisi nə vaxt başa çatacaq?

Hadisə
Dünən, 15:30

Zaqatalada yük maşınının vurduğu 66 yaşlı qadın ölüb

Cəmiyyət
Dünən, 14:35

Xaçmazın mərkəzində yamaqlı, çala-çuxurlu yol

Cəmiyyət
Dünən, 13:38

Qubada məktəblilər arasında atıcılıq yarışı keçirilib

Hadisə
Dünən, 12:45

İsmayıllıda nasaz avtomobil sürücünün həyatına son qoydu

Cəmiyyət
Dünən, 11:46

Qusar məktəbi 3 vəzifə üzrə işçi axtarır

Cəmiyyət
Dünən, 10:50

Şimallı qəhrəman şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 10:04

Qubada 29 yaşlı kişinin meyiti tapıldı - iki ay əvvəl evlənmişdi

Cəmiyyət
Dünən, 09:06

Qəbələdə bu yolda asfalt yox, çuxur və gölməçə var

Cəmiyyət
Dünən, 00:05

Füzulinin işğaldan azad olunmasından 6 il ötür

Hadisə
Dünən, 00:03

Gəncənin 5-ci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 21-ci günü: XRONİKA

Cəmiyyət
16 oktyabr 2026, 21:11

Qusarda selin dağıtdığı yolda bərpa işləri aparılır

Cəmiyyət
16 oktyabr 2026, 20:24

Anar Bayramov 5 rayonun sakinlərini qəbul edib

Hadisə
16 oktyabr 2026, 20:11

Ödənişli yolda yük maşını aşıb, bir nəfər ölüb

Cəmiyyət
16 oktyabr 2026, 18:00

Nazir: Hədəf kəndlərdə həyat səviyyəsinin yüksəldilməsidir"

Hadisə
16 oktyabr 2026, 17:27

Xaçmazın "məşhur" kəsişməsində növbəti qəza: avtomobil darvazaya çırpıldı

Cəmiyyət
16 oktyabr 2026, 17:00

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb

Cəmiyyət
16 oktyabr 2026, 16:00

Babək Ramaldanovun anım günüdür

Oxşar xəbərlər