Şəkidə 100-dən çox fıstıq ağacını kəsən 6 nəfər saxlanılıb.
Shimal.News xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə Şəkinin Kiş kəndində əməliyyat keçirib.
Əməliyyat zamanı ağacları qanunsuz kəsməkdə şübhəli bilinən rayon sakinləri Hümmət Feyzullayev, Nüyvər Babayev, Sərxan Hümmətov, Taleh Abdullayev, Rüstəm Məhərrəmov və Qəmlo Nəsirli saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, həmin şəxslər ağacları qanunsuz kəsib, emal etdikdən sonra satıblar. Ekspertiza bəzi ağacların 100-150 yaşında olduğunu müəyyən edib.
Hazırda qanunsuz ağackəsmə ilə bağlı araşdırmalar davam etdirilir. Digər şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.