top
Bu gün 20 noyabr – Ağdam Şəhəri Günüdür
Bu gün, 00:01
- ↺ +

Bu gün 20 noyabr – Ağdam Şəhəri Günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ağdam şəhərinin erməni işğalından azad olunmasından 6 il ötür.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.

Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır.

Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub.

Ağdam düşmən tərəfindən bütünlüklə minalandığından, Ermənistanın işğalçı qoşunlarının əsas hissəsi bu istiqamətdə cəmləşdiyindən və ən möhkəm istehkamların burada quraşdırıldığından Azərbaycan Ordusu hərbi taktika işlədərək bu istiqamətdə geniş döyüş əməliyyatları aparmayıb.

Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində düşmənin Ağdamdakı qüvvələri yarımmühasirə vəziyyətinə düşüb. Bu da Ermənistan daxilində və bu ölkənin hərbi-siyasi rəhbərliyi arasında böyük çaxnaşmanın yaranmasına səbəb olub.

Nəhayət, Ermənistanın hərbi-siyasi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur olub. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Bununla da 27 il ərzində işğal altında olan Ağdam şəhəri qəsbkarlardan tamamilə azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb.

Son xəbərlər

Cəmiyyət
Dünən, 18:30

Şimalda hava dəyişir: Yağış və qar gözlənilir

İdman
Dünən, 17:51

"Qəbələ" futbolçusu Eşqin Əhmədov "Neftçi"yə keçir? - RƏSMİ CAVAB

Cəmiyyət
Dünən, 17:30

Dünyada gözlənilən "Obitus" qorxu filmi Şəkinin dağlarında çəkilib

Kriminal
Dünən, 16:57

Qusarda 19 ton şokolad və peçenyeni Rusiyaya keçirdi – 5 il 6 ay həbs aldı

Hadisə
Dünən, 16:11

İsmayıllıda qanunsuz ət kəsimi: 300 kiloqram at əti tapıldı

İqtisadiyyat
Dünən, 15:52

Qusarda kənd yumurtası 60 qəpiyə qalxdı

İqtisadiyyat
Dünən, 15:31

Qusarda kənd təsərrüfatına 78 milyon manatlıq investisiya qoyulacaq

Cəmiyyət
Dünən, 14:03

Quba məktəblisi beynəlxalq festivalda birinci oldu

Cəmiyyət
Dünən, 13:30

19 yaşında Vətən uğrunda şəhid olan Vüsalın doğum günüdür

Hadisə
Dünən, 12:40

Qubada avtomobil yeniyetməni vurdu - YENİLƏNİB

Hadisə
Dünən, 11:34

İsmayıllıdan olan BDU-nun dosentinin meyiti tapıldı

Cəmiyyət
Dünən, 10:48

Alim Qasımov və Fərqanə Qasımovanın ifası "GTA 6" oyununda

Cəmiyyət
Dünən, 10:14

Məleykə Abbaszadə DİM-in sədri vəzifəsindən azad edildi

Hadisə
Dünən, 09:26

Qubanın Qəçrəş kəndində ev yanıb

Cəmiyyət
18 noyabr 2026, 19:30

Qubada baxımsız kanal: Sakinlər öz ciblərindən pul xərcləyirlər

Hadisə
18 noyabr 2026, 18:15

İsmayıllıdan olan 20 yaşlı tələbə Sumqayıt bulvarında batıb

Cəmiyyət
18 noyabr 2026, 17:30

Qubanın bu kəndinin yolları axşamlar qaranlığa qərq olur

Hadisə
18 noyabr 2026, 16:53

Oğuzda "avtoşluq" edən sürücü həbs olunub

Cəmiyyət
18 noyabr 2026, 16:20

Şimalda külək güclənəcək

Hadisə
18 noyabr 2026, 15:21

Xızıda 16 yaşlı yeniyetmə atasının avtomobilini aşırdı

İqtisadiyyat
18 noyabr 2026, 14:39

Fermerlərə əkin subsidiyasının 30 faizi əvvəlcədən veriləcək

Hadisə
18 noyabr 2026, 13:53

Qəbələdə kişi həmkəndlisinin qulağını dişləyib qopardı

Cəmiyyət
18 noyabr 2026, 13:00

Qubalı deputat: "Fermerlərin 80 %-i keyfiyyətsiz kartof toxumu istifadə edir"

Oxşar xəbərlər