Xaçmazın Nabran kəndində yerləşən "Atlant" istirahət mərkəzinin rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmədə hökm oxunub.
Cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaq edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsi "Təbriz" MTK-nın rəhbəri Nofəl Hacıyevi 11 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Eləcə də Nabranda yerləşən "Atlant" istirahət mərkəzi məhkəmə hökmü ilə müsadirə edilib. Mərkəz hərrac yolu ilə satılacaq, əldə olunan vəsait hesabına iş üzrə zərərçəkmiş kimi tanınan 172 vətəndaşın ziyanı ödəniləcək.
İttihama görə, onlar 2018–2022-ci illərdə tikintisi davam edən binadakı eyni mənzilləri bir neçə nəfərə sataraq 172 vətəndaşdan ümumilikdə 14 milyon manat əldə ediblər. İstintaq materiallarında həmin vəsaitin "Atlant" istirahət mərkəzinin təmir-tikinti işlərinə yönəldildiyi bildirilir.
Qeyd edək ki, Nofəl Hacıyev Tahir Qədəşovun kürəkənidir.
Mənbə: Qafqazinfo.az