top
Qusarda sel sularının zədələdiyi yol və körpülər bərpa edilib
23 sentyabr 2026, 14:05
- ↺ +

Qusarda sel sularının zədələdiyi yol və körpülər bərpa edilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qusar rayonunda əlverişsiz hava şəraitinin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb.

Cari ilin mart-aprel aylarında müşahidə olunan intensiv yağıntılar nəticəsində rayonun ayrı-ayrı ərazilərində yolların və yol qurğularının zədələnməsi ilə bağlı yaranmış problemlərin aradan qaldırılması məqsədilə müvafiq bərpa işləri həyata keçirilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında "Evrascon" şirkəti tərəfindən Qusar–Əniq–Laza avtomobil yolunun 35-ci kilometrliyində yolun altından 4 ədəd iri diametrli suötürücü boru quraşdırılıb, 2450 metr uzunluğunda beton örtüklü küvet tikilib. Nəticədə su axınının tənzimlənməsi təmin edilərək, yolun hərəkət hissəsi bərpa olunub.

Eyni zamanda, Laza kəndi ərazisində metal konstruksiyalı körpünün tikintisi başa çatdırılıb. Laza kəndinə aparan avtomobil yolunun asfalt örtüyünün yenilənməsi də nəzərdə tutulur. Hazırda yolun hamarlanması işləri aparılır. Bundan əlavə, Laza çayından sentyabrın 3-də yenidən müşahidə edilən palçıq və lil kütləsinin təmizlənməsi işləri həyata keçirilib.

Həzrə–Zuxul avtomobil yolunun 8-ci kilometrliyində sel sularının təsiri nəticəsində yolun sağ kənarı dağılıb. Həmin sahədə yol yatağı yenidən qurulub, zədələnmiş hissə bərpa olunaraq asfalt örtüyü salınıb və yolun normal istismarı təmin edilib.

Həzrə–Mucuq avtomobil yolunun 6-cı kilometrliyində, Mucuq kəndi ərazisində yerləşən kənddaxili körpünün sel sularının təsiri nəticəsində dağılmış giriş-çıxış hissələri yenidən qurularaq asfaltlanıb, yol yatağı bərpa edilib.

Qusar–Həzrə–Sudur avtomobil yolunun Düztahir ərazisində yol kənarında yerləşən su hövzəsinin daşması nəticəsində kənd ərazisindən keçən avtomobil yolunun müəyyən hissəsi yararsız vəziyyətə düşüb. Problemin aradan qaldırılması və suyun yolun hərəkət hissəsinə axmasının qarşısının alınması məqsədilə 150 metr uzunluğunda boru xətti quraşdırılaraq su hövzəsində toplanan artıq suların ərazidən kənarlaşdırılması təmin edilib.

Qusar–Həzrə avtomobil yolunun Yasab kəndi ərazisindən keçən hissəsində sel sularının dağıtdığı suötürücü qurğunun yerinə suötürücülük qabiliyyəti daha çox olan yeni keçid tikilib. Yola asfalt qatı çəkilməklə gediş-gəliş bərpa olunub.

Eyni zamanda, Sudur kəndi ərazisində Həzrə–Sudur yolunun 33-cü kilometrliyində 18 metr uzunluğunda körpünün tikintisi başa çatdırılaraq istifadəyə verilib.

Qusar rayonunda yol infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması, avtomobil yollarının əsaslı təmiri istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. 2025-ci ildən başlanaraq rayonunun Quxuroba–Hiloba–Yasaboba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri layihəsi icra edilir. Hazırda Hiloba, Yasaboba və Əniqoba kəndlərində, eləcə də Xuluqoba kəndinin giriş hissəsində yol yatağının tikintisi və çınqıl örtüyünün döşənməsi işləri aparılır. Zəruri yerlərdə iri diametrli suötürücü borular quraşdırılıb. Quxuroba–Şirvanlı istiqamətində isə 8 kilometrlik hissəyə asfalt-beton örtüyünün birinci qatı salınıb, digər işlərin icrası davam etdirilir.

Mənbə: Azərtac

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər