top
PeşəFest bu dəfə Qubada keçirildi
22 sentyabr 2026, 18:04
- ↺ +

"PeşəFest" bu dəfə Qubada keçirildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi "PeşəFest-2026" layihəsi bu dəfə Quba rayonunda baş tutub.

"Peşə öyrən, gələcəyini qur!" devizi ilə təşkil olunan festival şagird, tələbə və onların valideynlərini əmək bazarında aktual olan peşələr barədə məlumatlandırmaq və gənclərin peşə seçiminə dəstək olmaq məqsədi daşıyır.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, millət vəkilləri Əlibala Məhərrəmzadə və Müşfiq Məmmədli, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, ayrı-ayrı dövlət və özəl təşkilatların rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

İlqar Mahmudov "PeşəFest"in gənclərin peşə seçimlərinə dəstək göstərməsi və onların əmək bazarına inteqrasiyasına töhfə verməsi baxımından əhəmiyyətini vurğulayıb. O, bu kimi təşəbbüslərin gənclərin potensialının üzə çıxarılmasına və regionda məşğulluq imkanlarının genişləndirilməsinə xidmət etdiyini bildirib.

DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov isə əmək bazarında baş verən dəyişikliklər fonunda gənclərin müasir peşələr üzrə bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Agentlik sədri peşələr barədə praktiki məlumatların əldə olunması və düzgün karyera seçimi edilməsi baxımından "PeşəFest"in məktəblilərə və gənclərə əlçatan imkanlar yaratdığını deyib.

Milli Məclisin deputatları çıxışlarında "PeşəFest"in peşələrə marağın artırılması, gənclərin düzgün karyera seçiminə dəstək göstərilməsi və məşğulluq imkanları barədə məlumatlılığın artırılması baxımından əhəmiyyətli təşəbbüs olduğunu bildiriblər.

"PeşəFest – Quba"da peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı tövsiyələr veriblər.

Qeyd edək ki, növbəti "PeşəFest-2026" sentyabr ayının 25-də Qax şəhərində Qax Bələdiyyəsinin binası qarşısında keçiriləcək. Festivalın keçiriləcəyi digər rayonlar və tarixlər isə belədir:

Mingəçevir – 28 sentyabr

Gəncə – 30 sentyabr

Qazax – 2 oktyabr

Bərdə – 5 oktyabr

Saatlı – 7 oktyabr

Masallı – 9 oktyabr

Naxçıvan – 13 oktyabr

Ordubad – 15 oktyabr

Bakı – 22 oktyabr

"PeşəFest-2026"da əmək bazarında xüsusi aktuallıq kəsb edən 11 peşə və ixtisas üzrə maarifləndirici tədbirlər təşkil olunur. Bunlar barista, bərbər, tibb bacısı/tibb qardaşı, dənizçi, əşyaların interneti (ağıllı texnologiyaların internet vasitəsi ilə məlumat mübadiləsi - IoT) üzrə mütəxəssis, uçuş mühəndisi, geyim üzrə dizayner, silah mühəndisi, SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) mütəxəssisi, kibertəhlükəsizlik mütəxəssisi və UI/UX dizayner (sayt, tətbiq dizayneri) istiqamətləridir.

Festival iştirakçıları bu peşələrin özünəməxsusluqları və tələb olunan bacarıqlar barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanırlar.

Festivalda iştirak ödənişsizdir. Peşə seçimi ilə maraqlanan hər kəsi "PeşəFest-2026"da fəal iştiraka dəvət edirik.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər