Bakı–Şamaxı yolunda hərəkətdə olan "Ford" markalı avtomobildə yanğın baş verib.
Shimal.News xəbər verir ki, hadisə bu gün saat 09:30 radələrində stasionar postun yaxınlığında qeydə alınıb.
Sürücü Kənan Abdullayev avtomobili saxlayıb. Onun və səhhətində problem olan atasının nəqliyyat vasitəsindən çıxarılması xidmətdə olan Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən təmin edilib.
Çevik müdaxilə nəticəsində avtomobildə güclənən alov söndürülüb. Bununla da nəqliyyat vasitəsinin tamamilə yanaraq yararsız vəziyyətə düşməsinin qarşısı alınıb.