top
Balakəndə Qafqaz Albaniyasının izləri: 100-dən çox abidə aşkarlanıb
Foto
22 sentyabr 2026, 15:06
- ↺ +

Balakəndə Qafqaz Albaniyasının izləri: 100-dən çox abidə aşkarlanıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Balakən rayonunda aparılan arxeoloji araşdırmalar bölgənin tarixinin indiyədək məlum olduğundan daha qədim dövrlərə gedib çıxdığını göstərir. Rayonda 100-dən çox tarix və memarlıq abidəsinin olduğu bildirilir. Onlardan bir sıra obyektlərin dövlət reyestrində olmaması isə onların qorunması və gələcəkdə turizm marşrutlarına daxil edilməsi məsələsini gündəmə gətirir.

AMEA-nın Şəki Regional Mərkəzinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədlinin sözlərinə görə, Balakənin Tülü kəndində yerləşən tarixi abidədə müxtəlif illərdə arxeoloji qazıntılar aparılıb. Tədqiqatlar zamanı abidənin bir neçə mədəni təbəqəni özündə birləşdirdiyi müəyyənləşdirilib.

Alimin verdiyi məlumata əsasən, Tülü abidəsində üç tikinti qatı aşkarlanıb. Ən aşağı təbəqədə yerləşən kilsə Orta əsrlərə aid edilir. Sonrakı mərhələdə onun üzərində birnefli Alban-xristian məbədi inşa olunub, daha sonrakı dövrdə isə tikilinin şimal və cənub hissələrinə bişmiş kərpic və çay daşından əlavələr edilib.

Araşdırmalar zamanı abidənin ərazisində antik dövrdən İlk Orta əsrlərə qədər müxtəlif mərhələlərə aid keramika nümunələri və digər maddi-mədəniyyət qalıqları tapılıb. Məbədin həm də dəfn yeri kimi istifadə edildiyi müəyyənləşdirilib. Mehrab və cənub divarı hissələrində intensiv dəfnlərlə əlaqədar dağıntı izlərinin olduğu bildirilir.

Akif Məmmədli hesab edir ki, Tülü abidəsində arxeoloji qazıntıların bərpa olunması və ərazidə açıq səma altında muzey yaradılması həm tarixi irsin qorunmasına, həm də Balakənin turizm potensialının artırılmasına imkan verə bilər.

Hazırda Balakəndə dövlət qeydiyyatında 26 tarix və mədəniyyət abidəsi var. Bununla yanaşı, son illərdə aparılan monitorinqlər nəticəsində tarix, memarlıq və arxeoloji əlamətlərə malik 29 yeni obyekt müəyyən edilərək yeni aşkar olunmuş tarix və mədəniyyət abidəsi kimi qeydiyyata götürülüb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, Tülü kəndindəki abidə hazırda dövlət qeydiyyatında türbə kimi göstərilir və onun inşa tarixi XIV əsrə aid edilir. Son illərdə aparılan arxeoloji tədqiqatlar isə abidənin tarixinin daha qədim dövrlərə gedə biləcəyini göstərən yeni faktlar ortaya çıxarıb.

Qurumun məlumatına görə, daşınmaz tarix-mədəniyyət abidələrinin mövcud siyahısı 2001-ci ildə təsdiqlənib. Sonrakı təhlillər zamanı siyahıda bəzi abidələrin adı, tarixi və digər məlumatları ilə bağlı uyğunsuzluqlar, həmçinin bir sıra obyektlərin ümumiyyətlə reyestrə daxil edilməməsi müəyyənləşdirilib.

Bu məsələlərin araşdırılması üçün Daşınmaz Mədəni Sərvətlərin Müəyyən edilməsi üzrə Ekspert Şurası yaradılıb. Balakəndə yeni aşkar edilmiş 29 obyektin, eləcə də Tülü kəndindəki abidənin məlumatlarının dəqiqləşdirilməsi və yenilənməsi məsələsinə həmin Şurada baxılacaq.

Arxeologiya və Antropologiya İnstitutundan isə bildirilib ki, Tülü kəndindəki Qafqaz Albaniyasının maddi irsinə aid İlk Orta əsrlər məbədi və onun ətrafındakı nekropol 2017–2021-ci illərdə tədqiq edilib. Həmin mərhələdə abidənin ilkin çöl-tədqiqat işləri başa çatdırılıb.

Hazırda qazıntılar zamanı əldə olunmuş artefakt və biofaktların müxtəlif istiqamətlər üzrə analizləri aparılmalı, tədqiqatların nəticələri əsasında geniş hesabat və monoqrafiya hazırlanmalıdır.

İnstitutun məlumatına görə, şimal-qərb bölgəsində Antik və İlk Orta əsrlər dövrünə aid abidələrin tədqiqi davam etdirilir. Son iki ildə Qəbələdəki Kilsədağ məbədində, Qax rayonunda isə Qafqaz Albaniyasının maddi irsinə aid digər abidələrdə arxeoloji ekspedisiyalar fəaliyyət göstərir.

Balakəndəki vəziyyət isə göstərir ki, bölgənin tarixi irsinin yalnız aşkarlanması deyil, qorunması, elmi baxımdan tam öyrənilməsi və turizm dövriyyəsinə cəlb edilməsi də qarşıda duran əsas məsələlərdəndir.


Mənbə: Azərtac

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər