Paytaxtda məhkum həbsxanada ölüb.
Belə ki, cəzaçəkmə müəssisələrindən birində 67 yaşlı Məhərrəm Nəsir oğlu İmanquliyev vəfat edib.
Qeyd edək ki, Məhərrəm İmanquliyev 2020-ci ildə Quba rayonunun Barlı kəndində qızı, 1991-ci il təvəllüdlü Zeynəb İmanquliyevanı boğaraq qətlə yetirib. O, məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.