Qubada keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş iki şəxs saxlanılıb.
Shimal.News xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat tədbiri nəticəsində R.Əliyev və S.Talıbov tutulublar.
Araşdırma zamanı saxlanılan şəxslərdən ümumilikdə 19 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.