Qusar şəhərində baş verən yol-nəqliyyat hadisəsi azyaşlının ölümü ilə nəticələnib.
Qəza Əmirəslanov küçəsində qeydə alınıb. "Jeep Wrangler" markalı avtomobilin sürücüsü yolun sağ tərəfində hərəkət edən velosipedçini vurub.
Nəticədə 6 yaşlı Qusar rayon sakini Səfər Mühürov Ceyhun oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı Qusar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Mənbə: Bizim.Media