Oktyabrın 19-u saat 11:35-də Zərnəva stansiyasından 3 km şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində Zərnəva, Tircan, Lahıc, Həftəsov kəndlərində 3 bala qədər hiss olunub.
Xatırladaq ki, bu gün saat 11:27-də Xaçmaz rayonu ərazisində də 4–4,6 bal gücündə zəlzələ qeydə alınıb.