Xaçmaz rayonunun Samurçay kəndində sakinlər yolun və elektrik xəttlərinin vəziyyətindən şikayətlənirlər.
Shimal.News-a müraciət edən sakinlərin sözlərinə görə, iki kəndi birləşdirən yol hələ də asfaltlanmayıb, çınqıl və daşlarla örtülüb. Yağış yağanda isə yol palçığa çevrilir. Onlar bu zaman həm maşının, həm də piyadaların yolda rahat hərəkət edə bilmədiklərini bildirirlər.
Sakinlər elektrik xəttinin də yararsız vəziyyətə düşdüyünü qeyd edirlər. Onlar elektrik dirəklərinin köhnə olduğunu, bəzilərinin isə əyildiyini və hər an aşa biləcəyini bildirirlər. Sakinlər elektrik naqillərinin də yerə yaxın məsafədə olduğunu qeyd edirlər.
Kənd sakinləri aidiyyəti qurumlardan yolun təmir olunmasını, köhnə dirəklərin və elektrik xəttinin yenilənməsini tələb edirlər.