top
Vətən müharibəsinin 23-cü günü: XRONİKA
Bu gün, 00:01
- ↺ +

Vətən müharibəsinin 23-cü günü: XRONİKA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Cenublu.az Vətən müharibəsinin xronikasını təqdim edir.

Müharibənin 23-cü günü:

• Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad olunub. Bu barədə Prezident İlham Əliyev tviter hesabında məlumat verib.

• Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutub. Bu barədə Prezident İlham Əliyev rəsmi tviter hesabında bildirib.

• Müdafiə Nazirliyinin məlumatına görə, cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində, eləcə də Araz çayı boyu müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları davam edib. Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsini, 2 ədəd T-72 tankını, 2 ədəd BM-21 "Qrad" YARS qurğusunu, 1 ədəd D-30 və 1 ədəd D-20 haubitsa toplarını və 11 avtomobil texnikasını sıradan çıxarıb.

• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 19 oktyabradək 61 mülki şəxs həlak olub, 282 nəfər xəsarət alıb, 1846 ev, 90 çoxmənzilli yaşayış binası və 341 mülki obyekt yararsız vəziyyətə düşüb. • Düşmənin mülki əhalini atəşə tutması nəticəsində Ağdam rayonunda üç nəfər, o cümlədən Azərbaycan Televiziyasının əməkdaşı xəsarət alıb.

Son xəbərlər

Hadisə
Dünən, 18:35

Şimalda dəm qazı təhlükəsi: Faciələr təkrarlanır, dərs çıxaran varmı?

Cəmiyyət
Dünən, 00:05

Bu gün Müstəqilliyin Bərpası Günüdür

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 22-ci günü: XRONİKA

Hadisə
17 oktyabr 2026, 18:10

Qusarda çaqqalın yaraladığı qadın danışdı: "Günorta vaxtı hücum etdi"

Cəmiyyət
17 oktyabr 2026, 17:30

Qubada günlərdir palçıqlı su gəlir: "Bu suyu heyvanlar belə içməz"

Cəmiyyət
17 oktyabr 2026, 16:30

Qusarda bünövrəsi qoyulan körpünün tikintisi nə vaxt başa çatacaq?

Hadisə
17 oktyabr 2026, 15:30

Zaqatalada yük maşınının vurduğu 66 yaşlı qadın ölüb

Cəmiyyət
17 oktyabr 2026, 14:35

Xaçmazın mərkəzində yamaqlı, çala-çuxurlu yol

Cəmiyyət
17 oktyabr 2026, 13:38

Qubada məktəblilər arasında atıcılıq yarışı keçirilib

Hadisə
17 oktyabr 2026, 12:45

İsmayıllıda nasaz avtomobil sürücünün həyatına son qoydu

Cəmiyyət
17 oktyabr 2026, 11:46

Qusar məktəbi 3 vəzifə üzrə işçi axtarır

Cəmiyyət
17 oktyabr 2026, 10:50

Şimallı qəhrəman şəhidlərimizin doğum günüdür

Hadisə
17 oktyabr 2026, 10:04

Qubada 29 yaşlı kişinin meyiti tapıldı - iki ay əvvəl evlənmişdi

Cəmiyyət
17 oktyabr 2026, 09:06

Qəbələdə bu yolda asfalt yox, çuxur və gölməçə var

Cəmiyyət
17 oktyabr 2026, 00:05

Füzulinin işğaldan azad olunmasından 6 il ötür

Hadisə
17 oktyabr 2026, 00:03

Gəncənin 5-ci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Hadisə
17 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 21-ci günü: XRONİKA

Cəmiyyət
16 oktyabr 2026, 21:11

Qusarda selin dağıtdığı yolda bərpa işləri aparılır

Cəmiyyət
16 oktyabr 2026, 20:24

Anar Bayramov 5 rayonun sakinlərini qəbul edib

Hadisə
16 oktyabr 2026, 20:11

Ödənişli yolda yük maşını aşıb, bir nəfər ölüb

Cəmiyyət
16 oktyabr 2026, 18:00

Nazir: Hədəf kəndlərdə həyat səviyyəsinin yüksəldilməsidir"

Hadisə
16 oktyabr 2026, 17:27

Xaçmazın "məşhur" kəsişməsində növbəti qəza: avtomobil darvazaya çırpıldı

Cəmiyyət
16 oktyabr 2026, 17:00

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb

Oxşar xəbərlər