Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin İqtisadi və sosial coğrafiya kafedrasının müəllimi Maqsud Babayev vəfat edib.
Shimal.News xəbər verir ki, Quba rayonunun Çiçi kəndində anadan olan Maqsud Babayev uzun illər dövlət qurumlarında və elmi sahədə çalışıb.
Maqsud Babayev 1952-ci ildə Qubanın Çiçi kəndində anadan olub. 1969–1973-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Coğrafiya fakültəsində, 1976–1980-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun aspiranturasında təhsil alıb.
O, 1980–1988-ci illərdə Tbilisi Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək coğrafiya elmləri və ətraf mühitin mühafizəsi ixtisası üzrə alimlik dərəcəsi alıb.
Maqsud Babayev müxtəlif illərdə Dövlət Təbiəti Mühafizə Komitəsində, Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda, Ekologiya və Təbii Sərvətlər Nazirliyində, Azərbaycan Respublikası Dövlət Neft Şirkətində və "Azərsu" ASC-də rəhbər vəzifələrdə çalışıb.
Mərhum 2021-ci ildən BDU-nun Coğrafiya fakültəsinin İqtisadi və sosial coğrafiya kafedrasında müəllim işləyirdi.