top
Quba-Xaçmaz regionunda fermerlərə 1 milyon 210 min manat ödəniləcək
29 sentyabr 2026, 09:40
- ↺ +

Quba-Xaçmaz regionunda fermerlərə 1 milyon 210 min manat ödəniləcək

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Aqrar Sığorta Fondu (ASF) 2026-cı ilin ilk 9 ayında daxil olmuş müraciətlər əsasında 1268 sığorta müqaviləsi üzrə 8 727 hektar əkin sahəsində zərər müəyyən edib. Qeydə alınmış hadisələr üzrə fermerlərə ümumilikdə 4 milyon 468 min manat zərər dəydiyi hesablanıb.

Bu barədə Aqrar Sığorta Fondundan məlumat verilib.

Məlumata əsasən, zərərlərin əsas hissəsi dolu, sel-subasma və fırtına ilə bağlıdır. Dolu 2 326 hektar, sel-subasma 2 913 hektar, fırtına isə 2 424 hektar əkin sahəsinə zərər vurub. Dolu üzrə 1,47 milyon manat, sel-subasma üzrə 1,44 milyon manat, fırtına üzrə 942 min manat, üçüncü şəxslərin hərəkətləri üzrə isə 504 min manat zərər ödənişi hesablanıb. Yanğın, vəhşi heyvanların hücumu və şaxtavurma nəticəsində də zərərlər qeydə alınıb.

Ən böyük zərər taxıl sahələrində müəyyən edilib. 6 945 hektar taxıl sahəsinə 2 milyon 180 min manat zərər dəyib ki, bu da bütün hesablanmış ödənişlərin 49%-ni təşkil edir. Meyvə bağları üzrə zərər 1,6 milyon manat, texniki bitkilər üzrə 621 min manatdır.

Regionlar arasında ən böyük zərər Quba-Xaçmazda - 1,21 milyon manat olub. Şəki-Zaqatalada 1 milyon 82 min manat, Şirvan-Salyanda 793 min manat, Qarabağda 457 min manat, Dağlıq Şirvanda isə 252 min manat zərər hesablanıb.

Hazırda ASF ödənişlər üçün sənədləşmə aparır və yaxın zamanda ödənişlərə başlanılacaq. Fond 2026-cı ilin ilk 8 ayında bitkiçilik və heyvandarlıq təsərrüfatlarına artıq 1 milyon 708 min manat sığorta ödənişi həyata keçirib.

Aqrar sığorta əkinləri dolu, sel-subasma, fırtına, yanğın, şaxta, vəhşi heyvanlar, üçüncü şəxslərin hərəkətləri və digər risklərdən qoruyur.

Sığorta haqqının bir hissəsi dövlət tərəfindən qarşılanır. ASF fermerləri payızlıq əkinlərini sığortalamağa çağırır. Ətraflı məlumatı Fondun rəsmi internet səhifəsindən və 1651 Çağrı Mərkəzindən əldə etmək mümkündür.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 16-cı günü – XRONİKA

Cəmiyyət
Dünən, 00:20

Altı il əvvəl Gəncə 4-cü dəfə raket atəşinə tutuldu

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 15-ci günü – XRONİKA

Cəmiyyət
10 oktyabr 2026, 17:29

Qusarlı 637 bal toplayan Lera Safiyevanın seçimi – MÜSAHİBƏ

İdman
10 oktyabr 2026, 16:33

Qəbələdən start götürən III Beynəlxalq Xankəndi Ultramarafonu yekunlaşdı

Cəmiyyət
10 oktyabr 2026, 15:49

Xudatın su təminatı narazılıq yaradır

Cəmiyyət
10 oktyabr 2026, 14:56

Şimalda qar yağıb

Cəmiyyət
10 oktyabr 2026, 13:31

Qubada şəhidlərin xatirəsinə bulaq inşa edilib

Faydalı
10 oktyabr 2026, 11:19

Quba, Şəki, Zaqatala və Balakən məhkəmələrinə yeni hakimlər təyin edilib

İdman
10 oktyabr 2026, 10:40

Film kimi: Qusarlı cüdoçu atanın rəqibi oğlunun müəllimi oldu

Hadisə
10 oktyabr 2026, 10:30

Zaqatalada "VAZ 2106" elektrik dirəyinə çırpılıb

Cəmiyyət
10 oktyabr 2026, 09:37

Qəbələnin girişində zibillər yenə qalaqlandı: Eyni problem, eyni mənzərə

Cəmiyyət
10 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 14-cü günü – XRONİKA

Cəmiyyət
09 oktyabr 2026, 18:10

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Hadisə
09 oktyabr 2026, 17:43

Qubada kişi geyiminə görə arvadını BOĞDU

Hadisə
09 oktyabr 2026, 17:30

Xaçmazda yağış əvəzinə mərmər bağacığı "yağır"

Hadisə
09 oktyabr 2026, 16:51

Şimali Kiprdə saxlanılan şimallıların həbs müddəti uzadıldı

Hadisə
09 oktyabr 2026, 16:33

Şəkidə avtomobil yandı

Cəmiyyət
09 oktyabr 2026, 16:25

Məktəblərdə geyim formalarına dair MONİTORİNQLƏR KEÇİRİLƏCƏK

Hadisə
09 oktyabr 2026, 15:30

İsmayıllılı qazi vəfat edib

Cəmiyyət
09 oktyabr 2026, 14:46

Bu yolda sürətin azaldılması üçün tədbirlər görüb

Cəmiyyət
09 oktyabr 2026, 13:59

Şabran RİH-də 5 kadr təyinatı olub

İdman
09 oktyabr 2026, 13:22

"Şahdağ Qusar"ın azarkeşləri üçün Bakıya avtobus ayrılıb

Hadisə
09 oktyabr 2026, 12:21

Ağsuda 4 hektara yaxın meşəlik ərazi yanıb

Oxşar xəbərlər