Xaçmaz rayonunun Aşağı Zeyid kəndində sel nəticəsində dağılan körpünün yerində yenisinin tikintisinə başlanılıb.
Shimal.News-un məlumatına görə, Çaqacuqçayın kənddən keçən hissəsində hazırda yeni körpünün inşası davam edir.
Xatırladaq ki, cari ilin mart ayının 28-də güclü yağışlar səbəbindən çayda su səviyyəsi yüksəlib, sel körpünü dağıdıb.