Qubanın Çiçi kəndində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara xeyli ziyan dəydiyi müəyyənləşdirilib.
Shimal.News xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırma zamanı sözügedən ərazidə ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb.
Məlumata görə, hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaradıb.
Toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.