Şimal bölgəsində hava əsasən yağmursuz keçəcək, dağlıq ərazilərdə isə qısamüddətli yağış və şimşək ehtimalı var.
Shimal.News xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 27-də Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusarda hava əsasən yağmursuz olacaq.
Gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı və şimşək çaxacağı ehtimal edilir. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq.
Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 23-28° isti, dağlıq ərazilərdə isə gecə 8-13°, gündüz 20-25° isti olacaq.