top
Qusarda kənd yumurtası bahalaşdı
17 sentyabr 2026, 12:30
- ↺ +

Qusarda kənd yumurtası bahalaşdı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qusarda kənd yumurtasının qiyməti yenidən artıb. Qış aylarında adətən 40–50 qəpiyə satılan yumurtanın bahalaşması avqustun ortalarından başlayıb.

Hazırda sakinlərin əsasən alış-veriş etdiyi Qusar bazarında kənd yumurtasının bir ədədi 45 qəpiyə təklif olunur. Kəndlərdə yumurtanın alqı-satqı qiyməti isə təxminən 30 qəpikdir. Nəticədə məhsulun pərakəndə satışında qiymət fərqi 15 qəpiyə çatır.

Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri İlham İskəndərov qiymət artımını bir neçə amillə izah edib. Onun sözlərinə görə, bir müddət əvvəl ev quşları arasında yoluxucu xəstəlik yayılıb və bu, quşların sayının azalmasına səbəb olub.

İskəndərov digər səbəb kimi kənd sakinlərinin toyuq saxlamaq əvəzinə meyvə-tərəvəz şirkətlərində işləməyə üstünlük verməsini göstərib. O, hazırda ev quşlarının aktiv yumurtlama dövründə olmadığını, bu prosesin oktyabrdan yenidən canlanacağını bildirib.

Sektor müdiri qeyd edib ki, dövlət quşçuluğun inkişafında maraqlıdır. Hazırlanan layihədə kəndlərdə quş saxlayan təsərrüfatlara, o cümlədən yumurta istehsalına görə subsidiya verilməsi nəzərdə tutulur. Bildirilir ki, layihə Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli sərəncamına əsasən hazırlanıb.

Mütəxəssislərin açıqladığı səbəblərlə yanaşı, digər amillərin də qiymət artımına təsir göstərə biləcəyi qeyd olunur.

Kənd yumurtasının bahalaşması Quba və Xaçmazda da müşahidə edilir. Xaçmazda ev quşlarının yoluxucu xəstəlik səbəbindən kütləvi tələf olması barədə də məlumatlar yayılıb.

Subsidiya mexanizminin tətbiqi halında kənd sakinlərinin toyuq saxlamağa marağının artması və bunun bazarda kənd yumurtasının təklifinə təsir göstərməsi gözlənilir.


Mənbə: Bizim.Media

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər