top
122 yaşlı zaqatalalı Rubeydə nənə: Gəlinim mənim nəfəsimdir
Bu gün, 16:30
- ↺ +

122 yaşlı zaqatalalı Rubeydə nənə: "Gəlinim mənim nəfəsimdir"

Zaqatala rayonu füsunkar dağ iqlimi, təmiz havası, zəngin meşələri və şəfalı bulaqları sayəsində Azərbaycanın uzunömürlülər diyarlarından biri kimi tanınır. Rayonda əsrlik ömür sürən onlarla sakin qeydə alınıb. Onlardan biri də 122 yaşlı, hazırda ölkəmizin ən qocaman əmək təqaüdçüsü Rubeydə Gülməmmədovadır.

Rubeydə nənə 3 övlad - 2 oğlan, 1 qız böyüdüb. Onun 6 nəvəsi, 5 nəticəsi və bir kötükcəsi var.

"Ay bala, bizim uşaqlığımız, gəncliyimiz çox ağır illərə təsadüf edib. O illər aclıq, yoxsulluq illəri idi. İnsanlar çox çalışırdı, amma günlərlə çörəyə həsrət qalırdı. Harada idi belə bu qədər yemək-içmək?" - deyir, nəfəsini dərir və əlavə edir ki, o zamanlar fındıq, ya da qozla çay içərdilər, şəkər çox az tapılardı.

Anasının onları necə böyütdüyünü xatırlayan Rubeydə nənə bildirir ki, bəkməz, qoz və fındıqdan hazırlanan qarışıqlardan daha çox istifadə ediblər.

Rubeydə nənə çox çalışqan qadın olub. Həyat yoldaşı ilə baş-başa verib çox əziyyətlər çəkiblər. 3 övladlarını da həyat yoldaşı ilə birlikdə böyüdüblər.

"Bizim uşaqlığımızdan fərqli olaraq, öz övladlarımı savadlı, dünyagörüşlü böyütməyə çalışmışıq. Həyat yoldaşımla baş-başa verib onların öncə tərbiyəli övladlar olması üçün səy göstərmişik", - deyən nənə əlavə edir ki, o zamanlar uşaqlarına ciddi tərbiyə verməsəydilər, böyüklərlə davranmağı öyrətməsəydilər, bu gün tamam başqa bir vəziyyət alınardı.

Rubeydə nənə bildirir ki, bu gün də evdə, ailədə böyüyən nəvə və nəticələrinə ağıllı övlad olmalarını, böyüklərə qayğı ilə yanaşmalarını və dərslərinə yaxşı çalışmalarını tövsiyə edir. Rubeydə nənə evindən, ailəsindən, övladlarından, nəvələrindən çox razıdır.

Təqaüd kartının kimdə olması ilə də maraqlanırıq. Nənə bir an belə tərəddüd etmədən "gəlinimdədir".

"Gəlininizi çoxmu istəyirsiniz?" sualına nənə gülümsəyərək belə cavab verdi:

"Onlarsız mənim bir günüm olmasın. Onlar mənə baxırlar. Amma əvvəlcə Uca Allah. Allah icazə verməsə, min adam belə tökülsə, xeyri yoxdur. Allahdan istə ki, "Ya Rəbbi, Sən kömək ol". Gəlinim mənə övladlarımdan daha yaxındır. O illərdir mənim əziyyətimi çəkir. Ona görə oğluma da demişəm, gəlinim mənim nəfəsim, əvəzimdir".

Rubeydə nənədən uzunömürlülüyün sirrini də soruşuruq.

"Uzunömürlülüyə gəlincə, ay oğul, iş insanın cövhəridir. Elə bu gün də işləyəndə rahat oluram. Bizim ailədə keçmişdən bəkməz, qatıq, süd, qoz-fındıq əsas qidalarımız olub. Bəlkə də sağlam qalmağımın səbəblərindən biri də bu qidaları hər zaman istifadə etməyimdir", - deyir yaşlı qadın.


Mənbə: Azərtac

Son xəbərlər

Cəmiyyət
Bu gün, 17:30

Xaçmazda selin apardığı körpü yenidən qurulur

Hadisə
Bu gün, 17:00

Qusarda 21 yaşlı gəlinin ölümünə səbəb olan həkim 1 il həbsxanada qalacaq

Cəmiyyət
Bu gün, 15:46

Yüksək dağlıq ərazilərə qar yağacaq

Hadisə
Bu gün, 14:50

Ağsuda dağlıq ərazidə yanğın başlayıb

Cəmiyyət
Bu gün, 13:50

Xaçmazdakı uşaq meydançasında sürüşkən sınıb, yelləncəklər yoxa çıxıb

Cəmiyyət
Bu gün, 12:50

Qubada "göz dağına" çevrilən qaz xətləri

İdman
Bu gün, 12:00

"Qəbələ" komandasında yeni məşqçi təyinatları olub

Hadisə
Bu gün, 11:05

Xaçmazdakı ağır qəzada yaralananların vəziyyəti AÇIQLANDI

Hadisə
Bu gün, 10:10

Birlikdə yeyib-içdilər, sonra dava etdilər: Qaxda ata oğlunu bıçaqladı

Hadisə
Bu gün, 09:25

Xaçmazda ağır qəza: 9 nəfər yaralandı

Cəmiyyət
Dünən, 00:11

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin başlamasından 6 il ötür

Hadisə
26 sentyabr 2026, 17:31

Təyyarə qəzasında ölən qusarlı bacı-qardaşın qardaşı sevgilsini qarət məqsədilə öldürübmüş

Cəmiyyət
26 sentyabr 2026, 16:53

Şimalda sabahın hava proqnozu

Cəmiyyət
26 sentyabr 2026, 15:52

Şimalda "başı bəlalı" magistral yol

Cəmiyyət
26 sentyabr 2026, 14:53

Xudatda uşaq bağçasının qarşısında antisanitariya

Cəmiyyət
26 sentyabr 2026, 14:08

Qubalı Fatmanın unudulmayan sənət yolu

Cəmiyyət
26 sentyabr 2026, 12:30

Qubada yaşıllıqlara ziyan vurulub

Cəmiyyət
26 sentyabr 2026, 11:45

Qubada sentyabrda avtomobil yollarında torpaq sürüşmələrinin siyahısı

Cəmiyyət
26 sentyabr 2026, 10:48

Balakəndə qədim alban məbədləri: 4 hektarlıq kompleksin 7 tikilisi də aşkarlanıb

Cəmiyyət
26 sentyabr 2026, 09:55

Qubanın tarixini yaşadan abidələr: Qırmızı qəsəbənin sinaqoqu, Ərdəbil məscidi və qədim kilsə

Cəmiyyət
26 sentyabr 2026, 00:35

Prezidentdən döyüş bayrağı alan qusarlı polkovnikə VƏZİFƏ VERİLİB

Cəmiyyət
25 sentyabr 2026, 22:57

Qaxda qəzaların ünvanı olan kəsişməyə 4 yeni işıqfor quraşdırıldı

Oxşar xəbərlər