top
Vətən müharibəsinin başlamasından 6 il ötür
Bu gün, 00:01
- ↺ +

Vətən müharibəsinin başlamasından 6 il ötür

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsindən 6 il ötür. Həmin tarixdən 44 gün davam edən hərbi əməliyyatlar Azərbaycan tarixində mühüm mərhələ kimi yadda qalıb.

Shimal.News xatırladır ki, 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrinə hücumundan sonra əks-hücum əməliyyatı başlayıb. Azərbaycan Ordusu döyüşlər zamanı Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri də daxil olmaqla 300-dən çox yaşayış məntəqəsini, eləcə də bir sıra strateji yüksəklikləri azad edib.

Noyabrın 8-də Şuşanın azad edilməsindən sonra hərbi əməliyyatların gedişində dönüş yaranıb. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanat imzalanıb. Sənədə əsasən, Ağdam noyabrın 20-də, Kəlbəcər noyabrın 25-də, Laçın isə dekabrın 1-də Azərbaycana qaytarılıb.

Müdafiə Nazirliyinin məlumatına görə, Vətən müharibəsində 2908 hərbi qulluqçu şəhid olub, 6 nəfər isə itkin düşmüş hesab edilir.

2020-ci il dekabrın 2-də Prezident İlham Əliyevin Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.

27 sentyabr – Vətən müharibəsi şəhidlərinin xatirəsinin ehtiramla yad edildiyi gündür.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:11

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Hadisə
Dünən, 17:31

Təyyarə qəzasında ölən qusarlı bacı-qardaşın qardaşı sevgilsini qarət məqsədilə öldürübmüş

Cəmiyyət
Dünən, 16:53

Şimalda sabahın hava proqnozu

Cəmiyyət
Dünən, 15:52

Şimalda "başı bəlalı" magistral yol

Cəmiyyət
Dünən, 14:53

Xudatda uşaq bağçasının qarşısında antisanitariya

Cəmiyyət
Dünən, 14:08

Qubalı Fatmanın unudulmayan sənət yolu

Cəmiyyət
Dünən, 12:30

Qubada yaşıllıqlara ziyan vurulub

Cəmiyyət
Dünən, 11:45

Qubada sentyabrda avtomobil yollarında torpaq sürüşmələrinin siyahısı

Cəmiyyət
Dünən, 10:48

Balakəndə qədim alban məbədləri: 4 hektarlıq kompleksin 7 tikilisi də aşkarlanıb

Cəmiyyət
Dünən, 09:55

Qubanın tarixini yaşadan abidələr: Qırmızı qəsəbənin sinaqoqu, Ərdəbil məscidi və qədim kilsə

Cəmiyyət
Dünən, 00:35

Prezidentdən döyüş bayrağı alan qusarlı polkovnikə VƏZİFƏ VERİLİB

Cəmiyyət
25 sentyabr 2026, 22:57

Qaxda qəzaların ünvanı olan kəsişməyə 4 yeni işıqfor quraşdırıldı

Hadisə
25 sentyabr 2026, 21:04

Təbiətə 226 min manata yaxın ziyan vurdular

Hadisə
25 sentyabr 2026, 19:32

Xaçmazlı kişi otaq yoldaşının kartından pul oğurladı, borcunu bağladı

Cəmiyyət
25 sentyabr 2026, 17:48

Balaca fidanlar Xudatda şəhidlərimizin xatirəsini anıb - VIDEO

Hadisə
25 sentyabr 2026, 16:43

Bakı–Quba yolunda yük avtomobili qəzaya düşüb

Cəmiyyət
25 sentyabr 2026, 16:19

Nazir Quba və Qusar sakinlərini qəbul edib

Hadisə
25 sentyabr 2026, 15:22

Magistral yolda düzülən iri daşlar qəzaya səbəb olub - VIDEO

Kriminal
25 sentyabr 2026, 14:55

Zaqatalada keçmiş məhkumda 1,5 kiloqram narkotik aşkarlanıb

Cəmiyyət
25 sentyabr 2026, 14:20

Payızda yollarda diqqətli olun – Sürücülərə və piyadalara xəbərdarlıq

Cəmiyyət
25 sentyabr 2026, 13:52

Qubada fövqəladə vəziyyətə hazırlıq təlimi keçirilib

İqtisadiyyat
25 sentyabr 2026, 13:15

Hərbçilərin maaşları orta hesabla 22,8 faiz artırılacaq

Cəmiyyət
25 sentyabr 2026, 12:30

Siyəzən–Şabran marşrutu ilə bağlı narazılıq: Sərnişinlər çarəsiz qalıb

Oxşar xəbərlər