Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Quba rayonu və Bakı şəhərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Araşdırma zamanı Quba rayonu Çiçi kəndinin inzibati ərazisində, Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti 65C ünvanında və Suraxanı rayonu Ramana qəsəbəsində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 225 740 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.