top
Eks-deputatın şirkəti Şabranı zibil qutuları ilə təmin edəcək
10 dekabr 2024, 12:52
- ↺ +

Eks-deputatın şirkəti Şabranı zibil qutuları ilə təmin edəcək

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şabran Rayon Yaşıllıq və Təmizlik İdarəsi "Kaspi-Yıldız" MMC ilə satınalma müqaviləsi bağlayıb.

Shimal.News xəbər verir ki, şirkət idarənin zibil qutularının satın alınması ilə bağlı keçirdiyi kotirovka sorğusunun qalibi olub. Satınalma müqaviləsinin maliyyə dəyəri 13 546,4 manatdır.

"Kaspi-Yıldız" MMC 7 sentyabr 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Özbəkistan küçəsi, ev 24-də yerləşir.

Qaynarinfo-nun məlumatına görə, "Kaspi-Yıldız" MMC-nin qanuni təmsilçisi Əliyev Camaləddin Məzahir oğludur. Şirkətin əsl sahibi isə keçmiş deputat İqbal Məmmədovdur. O, 2010-cu ilə qədər şirkətə rəhbərlik edib. Həmin il deputat seçildikdən sonra isə "Kaspi-Yıldız"ın rəhbərliyi keçmiş deputatın qardaşı Çingiz Məmmədova keçib.

"Kaspi-Yıldız" MMC ilə eyni hüquqi ünvanda "Kaspi-Yıldız" Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi də yerləşir. Bu şirkət də İqbal Məmmədova məxsusdur.

"Kaspi-Yıldız" Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin hazırda 1 301 957, 92 manat vergi borcu var.

İqbal Məmmədov Milli Məclisin IV, V və VI çağırış deputatı olub. O, parlamentdə 78 saylı Lerik seçki dairəsini təmsil edib.

Bir neçə il əvvəl İqbal Məmmədov Lerikdə fəaliyyət göstərən "Relax" İstirahət Kompleksində baş verən qalmaqalla gündəmə gəlmişdi.  Məlumat üçün deyək ki, "Relax" da keçmiş deputata məxsusdur.

2019-cu ildə vergi əməkdaşları obyektdə yoxlama aparmağa gəlsələr də, İqbal Məmmədovun  oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və bacısı oğlu Pərviz  onları döymüşdü.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
Bu gün, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
Bu gün, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
Bu gün, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
Bu gün, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
Bu gün, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
Bu gün, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Cəmiyyət
Bu gün, 13:00

Qurumlar susdu, Qubada sakinlər yararsız yolu öz hesablarına təmir etdilər

Cəmiyyət
Bu gün, 12:12

Şimalın bu rayonlarında istilik mövsümü başlayır - Siyahı

Kriminal
Bu gün, 11:08

Tibbi müayinə avtobus sürücüsünü İFŞA ETDİ

Hadisə
Bu gün, 10:46

Uşaqlı ailə Quba-Xaçmaz yolunda qəzaya düşüb

İqtisadiyyat
Bu gün, 10:30

Şimal bölgəsində hotellərin doluluğu azalıb – RƏQƏMLƏR

Cəmiyyət
Bu gün, 09:46

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Faydalı
Bu gün, 09:28

25 milyon illik təbii tarixinin nadir izləri - VİDEO

Hadisə
Bu gün, 00:01

Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Hadisə
Dünən, 18:00

Siyəzəndə sosial yardım üstündə dava: Qayınata kürəkənini bellə vurdu

Cəmiyyət
Dünən, 17:00

Quba Regional Reklam İdarəsinə yeni rəis təyin edildi

Hadisə
Dünən, 16:04

Siyəzəndə 11-ci sinif şagirdi motosiklet qəzasında öldü

Cəmiyyət
Dünən, 15:19

Şəkidə sahibsiz itlər və pişiklər zəhərlə öldürülür - İDDİA

Cəmiyyət
Dünən, 14:59

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlanıb

Hadisə
Dünən, 14:17

"Xəzər" çay evinin fəaliyyəti dayandırılıb

Cəmiyyət
Dünən, 13:30

Turistlərin axın etdiyi Basqalda bankomat və aptek yoxdur

Hadisə
Dünən, 12:55

Quba RMX-da tibbi arayış qalmaqalı: 8 nəfər işdən çıxarıldı, 4 nəfərə töhmət verildi

Bütün xəbərlər
Dünən, 11:41

Qubada kişi "sərxoş halda maşın sürmə" deyən dostunu bıçaqladı - 6 il cəza

Oxşar xəbərlər