Azərbaycan bazarlarında mövsümlə əlaqədar olaraq qabıqlı fındığın qiymətində ucuzlaşma müşahidə olunur.
Shimal.News-un məlumatına görə, Xaçmaz, Şəki və Zaqataladan gətirilən fındıq bazarın böyük hissəsini təmin edir. Hazırda bazarlarda qabıqlı fındığın 1 kiloqramı 2–3 manata təklif edilir.
Məhsulun ölçüsündən və keyfiyyətindən asılı olaraq qiymətlər fərqlənə bilər. Daha ucuz və daha bahalı fındıq növlərinə də rast gəlinir.
Satıcılar qiymətlərin aşağı düşməsini bu il məhsuldarlığın yüksək olması və bazarda təklifin artması ilə əlaqələndirirlər.